EN

BMT rəsmisi: Azərbaycan WUF13 çərçivəsində məsələlərin müzakirəsi üçün mühüm platforma təqdim edəcək VİDEO

Xankəndi, 1 may, AZƏRTAC

Bu, mənim Qarabağa ilk səfərimdir və bu dəvətə görə Azərbaycan hökumətinə minnətdaram. Fəaliyyət göstərdiyimiz ölkəni yaxından tanımaq, onun tarixini və üzləşdiyi çətinlikləri anlamaq olduqca vacibdir. Eyni zamanda, Azərbaycanın sülh istiqamətində apardığı işlər diqqətəlayiqdir və bu səylər beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində Xankəndiyə gələn Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç deyib.

Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı da danışan İ.Qarafuliç bildirib ki, hazırlıq işləri artıq aktiv mərhələyə keçib: “Yollar hazırlanır, nəqliyyat və kommunikasiya sistemləri test edilir. Bu, çox mühüm tədbir olacaq”.

BMT rəsmisi vurğulayıb ki, Azərbaycan forum çərçivəsində məsələlərin müzakirəsi üçün mühüm platforma təqdim edəcək. “BMT-nin ölkədəki nümayəndəsi kimi əminliklə deyə bilərəm ki, WUF13 böyük uğur qazanacaq”, – deyə İqor Qarafuliç əlavə edib.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Ceyhun Mustafayev

 

Chosen
16
50
azertag.az

10Sources