EN

Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? Rəsmi açıqlama

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məlumat əsassızdır.

“Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır”, - açıqlamada vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
18
qafqazinfo.az

10Sources