EN

Şuşada DİM üzrə pilot layihəyə start verilib

Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üzrə pilot layihəyə start verilib.

Aznews.az xəbər verir ki, Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, layihə çərçivəsində Şuşada keçirilən ilk görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, özəl sektor və vətəndaş cəmiyyəti institutları iştirak edib.

Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov DİM-lərin lokallaşdırılmasının əhəmiyyəti, bu istiqamətdə dövlət qurumlarının rolu və qarşıda duran əsas prioritetlər barədə məlumat veriblər.

Chosen
7
4
aznews.az

5Sources