EN

"Ən böyük düşmən Pekindir"-ABŞ-ın dəniz piyadaları generalından şok etiraf

ABŞ-ın Hind-Sakit okean komandanlığının rəis müavini, general-leytenant Stiven Sklenka Vaşinqtonun qlobal təhlükəsizlik strategiyası ilə bağlı kritik bəyanat verib.

Musavat.com xəbər verir ki, amerikalı general Çini ABŞ və müttəfiqləri üçün "ən böyük və genişmiqyaslı təhdid" adlandırıb. Sklenka vurğulayıb ki, hazırda Pekinin hərbi gücü və regiondakı ambisiyaları bütün digər təhlükələri geridə qoyur. Onun sözlərinə görə, Çin ordusunun sürətli modernləşməsi və Cənubi Çin dənizindəki aqressiv addımları ABŞ-ın milli maraqlarına birbaşa zərbə vurur.

"Dünyada Çin qədər böyük və sistemli bir təhlükə mövcud deyil", - deyə general qeyd edib.

Sklenka həmçinin xəbərdarlıq edib ki, ABŞ bu təhdidə qarşı hazırlıqlarını ən yüksək səviyyəyə çatdırmalı və müttəfiqləri ilə hərbi əməkdaşlığı gücləndirməlidir. Bu bəyanat Vaşinqton və Pekin arasında iqtisadi və hərbi rəqabətin pik həddə çatdığı bir vaxtda verilib.

Mənbələr  generalın bu sözlərini yaxın gələcəkdə Sakit okean hövzəsində baş verə biləcək irimiqyaslı münaqişəyə hazırlıq mesajı kimi qiymətləndirirlər. Pentaqonun rəsmi nümayəndələri də generalın mövqeyini dəstəkləyərək, Çinin hərbi aktivliyinin yaxından izlənildiyini bildiriblər. Hazırda regionda ABŞ-ın hərbi varlığının artırılması və yeni müdafiə sistemlərinin yerləşdirilməsi məsələsi gündəmdədir.

Musavat.com

Chosen
45
musavat.com

1Sources