EN

AzMİ ilə Polşanın Mərkəzi Ölçülər İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov Polşaya işgüzar səfər edib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Polşa Respublikasının Mərkəzi Ölçülər İdarəsi (GUM) ilə AzMİ arasında elmi və texniki əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd metrologiya sahəsində təcrübə və texniki biliklərin mübadiləsi, ölçmə metodikalarının inkişafı və təkmilləşdirilməsi, həmçinin seminarlar və təlim proqramları vasitəsilə kadr potensialının artırılması istiqamətində əməkdaşlığı nəzərdə tutur.

Səfər zamanı Mərkəzi Ölçülər İdarəsinin fəaliyyəti, o cümlədən burada yerləşən Vaxt və uzunluq, Elektrik və radiasiya, Mexanika və akustika, eləcə də Fiziki-kimya və ətraf mühit metrologiyası departamentlərinin laboratoriyalarına baxış keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
azertag.az

1Sources