ABŞ-ın İrana qarşı hərbi kampaniyasının həcmi Pentaqon rəsmilərinin bildirdiyindən dörd dəfə çox 100 milyard dollara çatıb.
Ölkə.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Pentaqon yalan danışır. İsrail Baş naziri Benyamin Netanyahunun qumarı indiyə qədər Amerikaya 100 milyard dollar birbaşa xərclərə başa gəlib. Bu, deyildiyindən dörd dəfə çoxdur", - Əraqçi əlavə edib.
Nazir əlavə edib ki, vergi ödəyiciləri üçün dolayı xərclər daha yüksəkdir: “Hər bir Amerika ailəsi üçün aylıq ödəniş 500 dollardır və bu, sürətlə artır".
Çərşənbə günü Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı Pentaqon rəsmiləri İrana qarşı “Epik Qəzəb” Əməliyyatının dəyərini təxminən 25 milyard dollar olaraq qiymətləndiriblər.
Mürtəza