EN

İqtisadiyyat Nazirliyində Sudan nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sudan Respublikasının infrastruktur və nəqliyyat nazirinin müavini Magdi Mohamed Abdelatifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Sudan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Tərəflər qarşılıqlı maraqlara uyğun prioritet sahələrin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu istiqamətdə ticarət və investisiya əməkdaşlığının inkişaf etdirilməsi üçün birgə araşdırmaların aparılmasının vacibliyi bildirilib.

Eyni zamanda iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsinin ikitərəfli əlaqələrin inkişafına töhfə verə biləcəyi qeyd edilib.

Chosen
37
3
vergiler.az

4Sources