EN

Luka Modriçin növbəti mövsümə harada başlayacağı bilindi

Xorvatiya millisinin 40 yaşlı yarımmüdafiəçisi Luka Modriçin növbəti mövsümə hansı kluvda başlayacağı dəqiqləşib.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər ki, o, bu yay "Milan"dan aurılmaq niyyətində deyil.

Luka 2027-ci ilin yayına qədər İtaliya nəhəngində top qovmaqda qərarlıdır. Bunun üçün "14 nömrə"nin "qırmızı-qaralar"la ötən yay imzaladığı sazişdəki "+1"i aktivləşdirməsi lazımdır.

Cari mövsüm Milan komandasının heyətində bütün turnirlərdə 36 matça çıxan Midriç 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, A Seriyasında ümumilikdə 2788 dəqiqə meydanda olub. Bu isə sözügedən futbolçunun sabiq klubu "Real"da son beş mövsümün hər birindən daha çoxdur.

Toğrul

Chosen
12
fanat.az

1Sources