EN

Peşəkar gələcəyə doğru körpü - Karyera sərgisi

Bakı, 1 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə mayın 5-də “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera sərgisi keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sərginin keçirilməsində məqsəd təhsil sahəsinə maraq göstərən tələbə və məzunları ölkənin aparıcı təhsil şirkətləri və müəssisələri ilə bir araya gətirərək onların əmək bazarına uğurlu inteqrasiyasına şərait yaratmaqdır.

Sərgidə tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə vörkşop və seminarların keçirilməsi, təlimlərin təşkili nəzərdə tutulub.

 

Chosen
29
1
azertag.az

2Sources