EN

Mayis Əliyev: İncəsənət müəllimlərinin bilik və bacarıqları sertifikatlaşma ilə qiymətləndiriləcək

Bakı, 1 may, AZƏRTAC

Musiqi və incəsənət təhsili sahəsində müəllimlərin qiymətləndirilməsində yeni mərhələ başlayır. Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmanla “Təhsil haqqında” Qanuna və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər təsdiq edilib. Qəbul olunan yeniliklər musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin qiymətləndirilməsi mexanizminin müasirləşdirilməsini nəzərdə tutur. Yeni yanaşmaya əsasən, incəsənət müəllimlərinin peşəkar bilik və bacarıqları artıq ənənəvi attestasiya yolu ilə deyil, sertifikatlaşma mexanizmi vasitəsilə müəyyən ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu hüquq elmləri doktoru, professor Mayis Əliyev mətbuat konfransında deyib.

O, Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsünün Milli Məclisdə üç oxunuşda müzakirə olunaraq qəbul edildiyini deyib: “Dəyişikliklərə ehtiyac həm ictimaiyyət nümayəndələrinin, həm də pedaqoji kollektivlərin Nazirliyə ünvanladıqları çoxsaylı müraciət və təkliflər əsasında formalaşıb”.

Müxbir - Fidan Əlizadə

 

Chosen
40
1
azertag.az

2Sources