EN

“YouTube”da növbəti yenilik

“YouTube”un uzun müddətdir gözlənilən “picture-in-picture” funksiyası mərhələli şəkildə istifadəyə verilir. Bu yenilik həm Android, həm də iOS istifadəçilərini əhatə edi. Ondan istifadə etmək üçün Premium abunə tələb olunmur.

Yeni funksiya yaxın aylarda bütün istifadəçilərin hesablarına tədricən əlavə ediləcək. İstifadəçilər videonu kiçik pəncərəyə keçirərək tətbiqdən çıxsalar belə izləməyə davam edə biləcəklər. Video avtomatik olaraq ekranın küncündə mini pleyer şəklində işləməyə davam edəcək.

Pulsuz istifadəçilər üçün “picture-in-picture” funksiyası yalnız uzun formatlı və musiqi olmayan videolarda işləyəcək. Premium abunəçilər isə əlavə olaraq musiqi videolarını da bu  rejimində izləyə biləcəklər.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

2Sources