EN

Bakıda məktəbdə kütləvi zəhərlənmə oldu

Bakının Xətai rayonunda yerləşən 257 saylı tam orta məktəbdə kütləvi zəhərlənmə olub. 

"Unikal" xəbər verir ki, bu barədə telejurnalist Aytən Səfərova məlumat yayıb. O bildirib ki, şagirdlərin xlordan zəhərləndiyi deyilir. Məktəbə təcili yardım briqadası cəlb olunub.

Məktəbdən verilən açıqlamaya görə isə, 5-ci sinif şagirdləri arasında nəm salfetlərdən allergik reaksiyalar baş verib. Bu səbəbdən həmin uşaqlara təcili yardım çağırılıb. Onların vəziyyəti qənaətbəxşdir. 

Chosen
14
3
unikal.az

3Sources