EN

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

ABŞ ilə Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar yenidən bərpa olunub.

“BBC” xəbər verir ki, “American Airlines”in Mayamidən Karakas istiqamətində həyata keçirdiyi uçuş ABŞ və Venesuela arasında 2019-cu ildən sonra ilk birbaşa hava əlaqəsi kimi qeydə alınıb. Uçuş ABŞ Daxili Təhlükəsizlik Departamentinin əvvəlki təhlükəsizlik məhdudiyyətlərinin yumşaldılmasından sonra mümkün olub.

Rəsmilər bu addımı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm siyasi və iqtisadi siqnal kimi qiymətləndirirlər. ABŞ tərəfi bildirib ki, uçuşların bərpası əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafına şərait yarada bilər.

İlk reys Mayamidən Karakasa təxminən 3 saatlıq uçuşla həyata keçirilib və sərnişinlərə Venesuela mətbəxindən yeməklər təqdim olunub. Aviaşirkət yaxın aylarda uçuşların sayının artacağını da açıqlayıb. Bununla belə, yüksək bilet qiymətləri və ABŞ vizası ilə bağlı çətinliklər hələ də səyahətçilər üçün əsas maneə olaraq qalır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources