Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
Həbsdə olan politoloq Azər Qasımlının xanımı Samirə Qasımlının cinayət məsuliyyətinə cəlb edilməsi tələbiylə qaldırılmış iddia Yasamal Rayon Məhkəməsinə göndərilib.
Gununsesi.info bildirir ki, mayın 1-də Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırov bu barədə qərar çıxarıb.
S.Qasımlının vəkili Aqil Layıc işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə ötən iclasda şifahi şəkildə qaldırdığı vəsatəti bu dəfə yazılı şəkildə təqdim edib.
Vəsatətini əsaslandıran vəkil vurğulayıb ki, S.Qasımlıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiada onun Facebook hesabındakı paylaşımlarından bəhs olunur. Həmin yazıları da o, Yasamal rayonunda yerləşən evində yazıb və paylaşıb. Ona görə də şikayətə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır.
Firuzə
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.