EN

“Mundo Deportivo” Flikin “Barselona” ilə nə vaxt yeni müqavilə imzalayacağını bildirib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubla 2028-ci ilə qədər uzadıla bilən yeni müqavilə barədə razılığa gəlib.

İdman.Biz bildirir ki, jurnalist Rocer Torellonun X sosial media səhifəsində verdiyi məlumata görə, alman məşqçinin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Mənbənin məlumatına görə, Flikin agenti Pini Zahavi detalları dəqiqləşdirmək üçün gələn həftə Barselonaya gələcək. Alman mütəxəssisin “Barselona” çempion olduqdan sonra yeni müqavilə imzalayacağı vurğulanır.

İspaniya liqasında 33 oyundan sonra “blauqrana” 85 xalla birinci yerdədir və ikinci yerdə olan "Real Madrid"dən 11 xal öndədir. La Liqada beş oyun qalıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
icma.az

1Sources