EN

İran Hörmüz boğazını özünün “atom bombası“ adlandırdı

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Hörmüz boğazı İranın "atom bombası"dır".

Moderator.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikası Məclisinin vitse-spikeri Əli Nikzad bəyan edib.

O, uranın 60 faiz səviyyəsində zənginləşdirilməsini İranın elmi ləyaqətinin və qüdrətinin simvolu adlandırıb.

"Hörmüz boğazı beynəlxalq su yolu deyil, bu, İranın təbii haqqı və onun "atom bombası"dır. Biz bu qanuni mövqeyimizə sadiqik", - deyə Nikzad bildirib. O hesab edir ki, dəniz dəhlizində gəmiçilik müharibədən əvvəlki vəziyyətinə qayıtmamalıdır.

Qeyd edək ki, Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazında gəmiçilik məhdudlaşdırılıb. İran dəniz dəhlizindən keçən gəmilərdən ödəniş almağa başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
2
moderator.az

3Sources