Tokiodakı startaplardan biri yuxunun müəyyən fazalarında beyinə zəif tezlikli siqnallar göndərən xüsusi cihaz hazırlayıb.
Redaktor.az bu barədə "Nikkei Asia" nəşrinə istinadən xəbər verir.
Sınaqlar zamanı məlum olub ki, yatmazdan əvvəl öyrənilən yeni xarici sözlər yuxu zamanı bu cihazın köməyi ilə beyində daha möhkəm kodlaşdırılır. Bu üsul yaddaşın möhkəmlənməsini 25% sürətləndirir. Cihazın yaxın iki il ərzində qlobal bazara çıxarılması planlaşdırılır.
Xədicə BAXIŞLI