BAKI, 2 may. TELEQRAF
İranın hava hücumları 8 Yaxın Şərq ölkəsindəki ən azı 16 ABŞ hərbi obyektinə zərər vurub.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat verib.
Bu obyektlər ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqelərinin əsas hissəsini təşkil edir və onlardan bəziləri hazırda praktik olaraq istifadəyə yararsızdır.
CNN-in məlumatına görə, ABŞ-nin bölgədəki kəşfiyyat təyyarələri, rabitə avadanlıqları və radar sistemləri vurulub.