EN

Xəstələnməmək üçün ideal yuxu müddəti açıqlandı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həkim-somnoloq Yelena Kolesniçenko sağlamlığı qorumaq üçün lazım olan yuxu müddəti ilə bağlı maraqlı faktlar açıqlayıb. Həkim orta statistik göstəricilərə görə 18-60 yaş arası şəxslərin sutka ərzində azı yeddi saat yatmalı olduğunu bildirib.Demokrat.az bildirir ki, onun sözlərinə görə, fərdi ehtiyaclar fərqli ola bilsin, lakin əksər insanlar üçün 7-9 saatlıq yuxu rejimi ideal sayılır. Yaşı 65-i ötən şəxslərə isə sutkada 8-9 saat yatmaq tövsiyə edilir.Kolesniçenko qeyd edib ki, bəzi insanlara cəmi altı saat kifayət etdiyi halda, digərləri yalnız 10 saatlıq yuxudan sonra özünü gümrah hiss edir. Ekspert yuxunun müddəti qədər onun müntəzəm olmasının da əhəmiyyətini vurğulayıb."Sabit yuxu rejimi sağlamlığın az bilinən, lakin ən vacib şərtlərindən biri hesab olunur. Yuxusuzluqla mübarizə aparanlar üçün isə nevroloqlar maraqlı üsul təklif edirlər. Əgər yuxuya getmək çətindirsə, çarpayıda uzanaraq gözləri açıq tutmaq və bütün gücü ilə yatmamağa çalışmaq lazımdır. Bu paradoksal üsul beyinə fərqli təsir göstərərək yuxu prosesini sürətləndirə bilir", - o söyləyib.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
demokrat.az

1Sources