EN

Solovyov Melonidən üzr istəməkdən imtina etdi

Rusiyalı televiziya aparıcısı Vladimir Solovyov İtaliyanın Baş naziri Corca Melonidən üzr istəməyəcəyini bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə İtaliyanın “Il Fatto Quotidiano” qəzetinə müsahibəsində danışıb.

Solovyov bildirib ki, üzrxahlıq mövzusu açılacaqsa, bunu ilk növbədə italyan siyasətçilər etməlidir.

“Əgər üzrxahlıq oyununa başlamaq istəyirsinizsə, birinci siz başlayın. Rusiya rəsmilərindən heç kim italyan siyasətçilərin dediklərinin yüzdə birini belə söyləməyib”, – deyə o bildirib.

Onun bu açıqlaması Rusiya ilə İtaliya arasında siyasi ritorikanın yenidən sərtləşdiyi bir vaxtda səslənib.

Musavat.com

Chosen
17
6
musavat.com

10Sources