EN

Ennio Morriconenin məşhur “Chi Mai” əsəri videoçarx formatında tamaşaçılara təqdim olunub VİDEO FOTO

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri dünya şöhrətli italyan bəstəkarı Ennio Morriconenin məşhur "Chi Mai" əsərini videoçarx formatında tamaşaçılara təqdim edib.

Milli.Az xəbər verir ki, Ennio Morriconenin dərin emosional çalarları və təsirli melodik quruluşu ilə seçilən "Chi Mai" əsəri xüsusilə "Professional" filmində səsləndikdən sonra dünya miqyasında geniş şöhrət qazanaraq bəstəkarın ən yaddaqalan musiqi incilərindən birinə çevrilib.

Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestrinin təqdim etdiyi videoçarxda orkestrin peşəkar ifası ilə yanaşı, "Professional" filmindən seçilmiş səhnələrə də yer verilib. Musiqi və kino sənətinin harmonik vəhdəti əsərin emosional təsir gücünü daha da artıraraq izləyicilərə həm vizual, həm də musiqi baxımından zəngin və təsirli sənət təcrübəsi təqdim edir.

Layihə klassik musiqi nümunələrinin müasir təqdimat forması ilə daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Bu yaradıcı yanaşma dünya musiqi irsinin seçilən incilərini təqdim edərək sənətsevərlərə fərqli və təsirli musiqi təcrübəsi yaşadır.Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
102
news.milli.az

1Sources