EN

Balakəndə ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Balakəndə ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi "Mercedes" və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Nəticədə "Mercedes" in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Chosen
65
4
far.az

10Sources