ABŞ qüvvələri Hörmüz boğazında vəziyyətin gərginləşməsindən sonra 45 kommersiya gəmisini təhlükəsiz istiqamətə yönləndirib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, gəmilərin marşrutu boğazda tətbiq olunan blokada səbəbindən dəyişdirilib. Məqsəd ticarət gəmilərinin mümkün təhlükələrdən qorunması və bölgədə dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi olub.