EN

Yeni xərçəng vaksini: ilk pasiyentin vəziyyəti açıqlandı

Melanomanın müalicəsi üçün hazırlanan yeni vaksini qəbul edən ilk pasiyentin analizlərində artıq kiçik dəyişikliklər müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barədə Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Qintsburq bildirib.

Onun sözlərinə görə, əsas immunoloji nəticələr hələ qarşıdadır. Pasiyentə təxminən daha 10 dəfə vaksin vurulması planlaşdırılır.

Qintsburq qeyd edib ki, pasiyent hazırda Kursk vilayətində ev şəraitindədir və regional onkoloji dispanserin nəzarəti altındadır. Növbəti vaksin vurulmasının may bayramları arasında həyata keçirilməsi nəzərdə tutulur.

Chosen
29
2
publika.az

3Sources