“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyul müqaviləsinin dəyəri 2,02% azalaraq 1 barelə görə 108.17 ABŞ dolları təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 2,98% azalaraq 101.94 ABŞ dollarına bərabər olub.