ain.az bildirir, Modern.az portalına istinadən.
ABŞ Almaniyadan təxminən 5 min hərbçisini çıxarmağı planlaşdırır.
Modern.az xəbər verir ki, "Fox News"un jurnalisti Jackie Heinrich sosial şəbəkə X-də yazıb.
Onun sözlərinə görə, qərar ABŞ Müdafiə Nazirliyinin Avropadakı qüvvələrinin yerləşdirilməsinin hərtərəfli yenidən nəzərdən keçirilməsinin nəticəsi olaraq qəbul edilib. Jurnalist Sean Parnell adlı Pentaqon nümayəndəsinə istinadən bildirib ki, bu addım həm hərbi əməliyyatlar teatrının tələbləri, həm də mövcud vəziyyət nəzərə alınmaqla verilib.
Məlumata görə, ABŞ hərbçilərinin Almaniyadan çıxarılması prosesinin 6 aydan 1 ilə qədər davam edəcəyi gözlənilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.