EN

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyində - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyində olublar.

Qaziler.az Report.az-a istinadla xəbər verir ki, diplomatlar Azərbaycan xalçaçılığının tarixi və tarixi eksponatlarla tanış olublar.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Chosen
2
6
qaziler.az

10Sources