Almaniyanın keçmiş kansleri Angela Merkelin son 1,5 ildə saç və makiyaj xidmətlərinə xərclədiyi təxminən 65 min avro Almaniyada müzakirə mövzusuna çevrilib.
AzNews.az xəbər verir ki, bu açıqlama ifrat sağçı AfD partiyasının parlamentdəki sualına Federal hökumətin verdiyi cavab əsasında ortaya çıxıb.
Bildirilir ki, 2021-ci ilin dekabrında vəzifəsindən ayrılan Merkel hələ də 9 nəfərlik şəxsi heyəti ilə işləyir. Keçmiş kanslerin 2024-cü ilin iyulundan 2026-cı ilin mart ayına qədər olan 21 aylıq dövrdə salon və makiyaj xərcləri bir çox vətəndaşın illik gəlirini üstələyib.
Keçmiş kanslerin şəxsi heyətinin maaşları da diqqət çəkir. 2024-cü ildən 2026-cı ilin mart ayına qədər Merkel və keçmiş kansler Olaf Şoltsun heyətinə ümumilikdə 1,4 milyon avro ödənilib. 2026-cı ilin ilk üç ayında bu rəqəm 408 min avroya çatıb və ilin sonuna qədər 1,6 milyon avroya yüksələcəyi proqnozlaşdırılır.