EN

Atəşkəs qüvvədə olduğu müddətdə ABŞ dan görünməmiş bir addım

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki müttəfiq ölkələrə 8,6 milyard dollardan çox dəyərində silah və sursat satışını təsdiqləyib.Turkustan.az xəbər verir ki, ABŞ-İsrail İrana hücumları ilə başlayan 40 günlük münaqişədən sonra elan edilən atəşkəslə bağlı kövrək danışıqlar davam edərkən, Vaşinqton administrasiyası regiondakı hərbi balansa təsir edəcək yeni bir addım atıb. ABŞ Dövlət Departamenti müharibə zamanı İran hücumlarına qarşı özünü müdafiə etməkdə çətinlik çəkən ölkələr üçün əhatəli silah satışı paketini təsdiqləyib. İsrail 1 milyard dollar dəyərində "Qabaqcıl Dəqiq Öldürmə Silahları Sistemi" lazer rəhbərliyi dəstləri alacaq.Satış planına əsasən, Qətər ABŞ-dan 4 milyard dollar dəyərində Patriot hava hücumundan müdafiə sistemləri alacaq. Körfəz ölkəsi həmçinin 1 milyard dollar dəyərində "qabaqcıl dəqiq ölümcül silah sistemi"nin bir hissəsi olaraq lazer istiqamətləndirmə dəstləri alacaq.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
20
icma.az

10Sources