EN

Müttəfiqlər arasında gərginlik artır! Tramp 5000 əsgəri geri çəkir

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Almaniya kansleri Merzin "ABŞ-ın çıxış strategiyası yoxdur və İran tərəfindən alçaldılır" açıqlaması ABŞ administrasiyasında narahatlıq yaradıb.

Turkustan.az xəbər verir ki,Reuters agentliyinə danışan Pentaqonun yüksək vəzifəli rəsmisi bu açıqlamaları "yersiz və faydasız" adlandırıb. Eyni rəsmi Trampın reaksiyasını "haqlı" hesab etdiklərini bildirib.Pentaqon Almaniyadakı hərbi mövcudluğunun tədricən azaldılacağını və prosesin 6-12 ay ərzində başa çatdırılacağını açıqladı. Buraya döyüş bölməsinin geri çəkilməsi və əvvəlki administrasiya dövründə planlaşdırılan batalyon yerləşdirilməsinin ləğvi daxildir.Təxminən 35.000 Amerika əsgərinə ev sahibliyi edən Almaniya , Avropadakı ən vacib ABŞ hərbi forpostu olaraq qalmaqdadır. Bu qərarın NATO balansı və regional təhlükəsizlik üçün nəticələri diqqətlə izlənilir.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
1
icma.az

2Sources