EN

Merkelin makiyaj xərcləri müzakirə yaratdı

Almaniyanın keçmiş kansleri Angela Merkelin son 1,5 ildə saç və makiyaj xidmətlərinə xərclədiyi təxminən 65 min avro Almaniyada müzakirə mövzusuna çevrilib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu açıqlama ifrat sağçı AfD partiyasının parlamentdəki sualına Federal hökumətin verdiyi cavab əsasında ortaya çıxıb.

Bildirilir ki, 2021-ci ilin dekabrında vəzifəsindən ayrılan Merkel hələ də 9 nəfərlik şəxsi heyəti ilə işləyir. Keçmiş kanslerin 2024-cü ilin iyulundan 2026-cı ilin mart ayına qədər olan 21 aylıq dövrdə salon və makiyaj xərcləri bir çox vətəndaşın illik gəlirini üstələyib.

Keçmiş kanslerin şəxsi heyətinin maaşları da diqqət çəkir. 2024-cü ildən 2026-cı ilin mart ayına qədər Merkel və keçmiş kansler Olaf Şoltsun heyətinə ümumilikdə 1,4 milyon avro ödənilib. 2026-cı ilin ilk üç ayında bu rəqəm 408 min avroya çatıb və ilin sonuna qədər 1,6 milyon avroya yüksələcəyi proqnozlaşdırılır.

Merkelin səyahət xərcləri də diqqətçəkəndir. 2024-cü ilin iyulundan 2026-cı ilin martına qədər keçmiş kansler 9 səfər üçün 10.558 avro xərcləyib. Bu səfərlər arasında Fransa Prezidenti Emmanuel Makronla Paris görüşü və Təl-Əvivdə mükafatlandırma mərasimi də var. Merkelin Düsseldorf və Ştutqartdakı tədbirlərdə iştirakı da dövlət büdcəsi tərəfindən maliyyələşdirilib.

2025-ci ilin may ayında vəzifəsindən ayrılan Olaf Şolts 8 işçi ilə 11 ay ərzində 4 səfərə 6 min avro xərcləyib. Şoltsun London İqtisadiyyat Məktəbində simpoziumda iştirakı 3.207 avroya, Brüsseldə NATO Baş katibi Mark Rutte ilə görüşü isə 1.647 avroya başa gəlib.

"Cebheinfo.az"

Chosen
16
6
cebheinfo.az

7Sources