EN

Tramp: İranla müharibə bitəndə benzinin qiyməti düşəcək

Müəllif:Mehin Qasımova,Banco.az

"İranla müharibə bitəndə benzinin qiyməti düşəcək"

Banco.az xəbər verir ki,  bunu ABŞ prezidenti Donald Tramp cümə axşamı jurnalistlərə bildirib. 

Tramp İranın razılaşma əldə etməyə can atdığını bildirib və həmçinin qeyd edib ki, özü və bir neçə nəfərdən başqa heç kim İranla danışıqlardan xəbərsizdir.

Tramp həmçinin İranın artıq neftdən pul qazanmadığını da bildirib.

Qeyd edək ki, daha əvvəl qlobal neft qiymətləri  münaqişənin uzunmüddətli böhrana səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda barel üçün 126 dolları keçərək dörd ilin ən yüksək səviyyəsinə çatıb.


Chosen
32
1
banco.az

2Sources