EN

İlhom Abdurahmon: Qarabağ xeyirxahlıq, sevgi və rifah məkanı olmalıdır

Qarabağa hər səfərdə Şuşada daha çox yeni obyekt açılır və biz şəhərin genişmiqyaslı bərpasının, eləcə də inkişafının şahidi oluruq.

"Report"un Şuşa şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə jurnalistlərə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bildirib.

"Bu, mənim Şuşaya ilk səfərim deyil. Biz bilirik ki, Azərbaycan hökuməti bu regionun inkişafına xüsusi diqqət yetirir", - o qeyd edib.

Səfir həmçinin diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinin təşkilinə görə Azərbaycan Prezidentinin Administrasiyasına minnətdarlığını bildirib.

Baş çəkdiyi xalça muzeyi barədə danışan diplomat xalçaların Azərbaycan xalqının qürur mənbəyi olduğunu vurğulayıb: "Xalça muzeyi hər zaman turistləri cəlb edəcək. Ümid edirəm ki, onların sayı getdikcə artacaq".

Səfir bildirib ki, Qarabağ regionu inkişaf üçün böyük potensiala malikdir: "Qarabağ xeyirxahlıq, sevgi və rifah məkanına çevrilməlidir".

Chosen
36
far.az

1Sources