Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada yerləşən Qazançı kilsəsi ilə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, o, paylaşımda kilsənin ilkin memarlıq üslubuna uyğun şəkildə bərpa olunduğunu bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Respublikası ərazisində yerləşən bütün qanuni tikililər, eləcə də tarixi, mədəni və dini abidələr milli qanunvericiliyə uyğun olaraq qorunur, mühafizə edilir və bərpa olunur.