Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Özümüzə söz vermişdik ki, "Qarabağ"a qalib gələcəyik" - İmad Faraj
“Qələbə qazansaq da, çətin matç alındı. Ötən oyunda səhvlərimiz ucbatından 1:5 hesabı ilə uduzmuşduq. Ancaq ikinci görüşdə qələbə qazanacağımıza inanırdıq. Bu dəfə meydanda tam fərqli "Neftçi" gördünüz. Yaxşı mübarizə apardıq və layiqli qələbə qazandıq”.
QOL.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin vingeri İmad Faraj Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlməkləri haqda danışarkən deyib.
O, "Qarabağ"a qarşı keçirilən 2 oyun arasındakı fərqi belə izah edib: “İlk görüşdəki məğlubiyyətdən sonra komanda yoldaşlarımızla paltardəyişmə otağında ciddi söhbət apardıq. Başa düşürük ki, "Neftçi" 1:5 hesabı ilə uduza bilməz. Biz bunu dərhal aradan qaldırmalıydıq, buna gücümüz çatır. Özümüzə söz verdik ki, ikinci oyunda qələbə qazanacağıq. Bildirdik ki, bunu edə bilərik, çünki qarşımızdakı "Barselona" deyil. Ötən matça nisbətdə bu dəfə daha sürətli idik. Vurduğumuz qollar da baxımlı alındı. Qol buraxsaq da, özümüz toparlayıb son dəqiqələrdə ikinci qolu vurduq”.
Fransız futbolçu “Neftçi”nin avrokuboklara getmək şanslarını belə qiymətləndirib: “Qarşıdakı bütün matçlarda qələbə qazanmalıyıq. İnam önəmlidir. “Qarabağ”la görüşdə də qələbə qazanacağımıza bir çoxları inanmırdı. 6 ay öncə də eşidirdim, deyirdilər ki, "Neftçi" "Qarabağ"la matçlarda geridönüş edə bilməz. Həmçinin mövsümün gedişində "Neftçi"nin ilk dördlüyə düşəcəyinə də inanmırdılar. Amma baxın, hazırda biz dördüncü yerdəyik”.
Faraj növbəti turda “Karvan-Yevlax”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Çətin olacaq. İlk növbədə ona görə ki, süni ot örtüklü meydanda oynamaq olduqca ağırdır. Lakin bu barədə çox düşünməyə dəyməz. Biz daha əvvəl orada qələbə qazanmışıq. İnanırıq ki, bu dəfə də meydandan 3 xalla ayrılacağıq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.