EN

Moldova səfiri: Azərbaycan regionda ərazi bütövlüyünü bərpa etmiş yeganə ölkədir

Azərbaycan postsovet məkanında suverenliyini və ərazi bütövlüyünü öz gücü ilə bərpa etməyi bacarmış yeganə ölkədir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko deyib.

"Təəssüf ki, Moldova hələ də ərazi suverenliyinin bərpası mərhələsindədir. SSRİ-nin dağılmasından sonra həm Azərbaycanın, həm də Moldovanın ərazi münaqişələri ilə bağlı eyni problemi var idi", - o bildirib.

A.Esaulenko həmçinin onilliklər boyu davam edən işğaldan sonra Qarabağ və Şərqi Zəngəzur üzərində nəzarətin tam qaytarılması münasibətilə Azərbaycanı təbrik edib:

"Mən, əlbəttə ki, Azərbaycanı təbrik etmək istəyirəm, çünki bu, postsovet məkanında öz ərazilərini öz gücü ilə qaytaran ilk ölkədir. Mən Moldovanın səfiri olaraq, buna xüsusi diqqət yetirirəm".

Chosen
11
1
far.az

2Sources