EN

Son dəqiqə: Şəfa rəhbərliyi baş məşqçi ilə bağlı qərarını verdi

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cari mövsümdə Misli Premyer Liqasına yüksəlməyə əsas namizəd olan "Şəfa"da baş məşqçi ilə bağlı qərar verilib. Sport24.az-ın klub rəhbərliyinə yaxın mənbədən əldə etdiyi məlumata görə, hazırkı baş məşqçi Elgiz Kərəmli postunda qalacaq.Son günlər paytaxt təmsilçisinin I Liqanın çempionu kimi elitaya yüksələcəyi halda komandanın "sükanı arxasına" Ayxan Abbasovun gətiriləcəyi ilə bağlı yayılan iddiaların isə həqiqəti əks etdirmədiyi bildirilib."Şəfa" Kərəmliyə Premyer Liqada da şans verməyi planlaşdırır.Qeyd edək ki, "Şəfa" Birinci Liqada 24 turdan sonra 53 xalla liderdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
sport24.az

1Sources