EN

“Yuventus” Levandovski ilə danışıqlara başladı “Tuttosport”

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını “Yuventus”da davam etdirə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

Məlunata görə, Turin klubu artıq “Barselona”nın hücumçusunun nümayəndələri ilə danışıqlar aparıb.

37 yaşlı polşalı futbolçunun komanda gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanarsa, “Yuventus”a keçməyə hazır olduğu bildirilir. Əgər hücumçu Kataloniya klubundan ayrılarsa, Turin klubu onun ilk seçimi hesab olunur.

Belə ki, Kataloniya klubunun rəhbərliyi ona yeni müqavilə təklif edib, lakin maaşı əhəmiyyətli dərəcədə azaldıldığı üçün o, bu variantdan razı qalmayıb.

Qeyd edək ki, Levandovskinin “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
yeniavaz.com

2Sources