EN

İran “Mossad”la bağlı iki nəfəri edam etdi


İranda “Mossad”la bağlı iki nəfər edam edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, Yaqub Kərimpur və Nasir Baqerzadə “Mossad” kəşfiyyat xidməti ilə kəşfiyyat əməkdaşlığı və casusluq ittihamları ilə mühakimə olunublar.
Hökmlər ölkənin Ali Məhkəməsi tərəfindən çıxarılıb.
İş materiallarına görə, Yaqub Kərimpur müharibə zamanı “Mossad”la fəal əməkdaşlıq etməkdə davam edib və İran haqqında məxfi məlumatları İsrail kəşfiyyat zabitinə ötürüb.
Nasir Baqerzadənin isə “həssas” bölgələrə şübhəli səfərlər etdiyi ortaya çıxıb. Bu müddət ərzində onun hərəkətləri və şübhəli əlaqələri nəticəsində İran təhlükəsizlik qüvvələri əməliyyata başlayıb və təqsirləndirilən şəxsləri saxlayıb.
Həmçinin, Nasir Baqerzadə “Mossad” zabitinin tapşırığı ilə mühüm dövlət, dini və regional şəxslər, eləcə də Nətənz ərazisi də daxil olmaqla strateji əhəmiyyətli ərazilər haqqında məlumat toplayaraq kəşfiyyat agentinə ötürüb.
Chosen
43
40
yeniavaz.com

10Sources