EN

Tovuzda ərinin məzarını ziyarət edən qadın qəbristanlıqda ölüb

Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Bakı şəhərində yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova rayonun Yuxarı Öysüzlü kəndində həyat yoldaşının vəfatının il dönümü ilə bağlı məzarını ziyarət etməyə gəlib.

Bu zaman qadın qəbristanlıqda yıxılıb. O, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının xəstıxanada öldüyü məlum olub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Chosen
31
7
teleqraf.com

10Sources