EN

Tramp: “İranda heç kim lider olmaq istəmir”



ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlama verib. Tramp bildirib ki, ABŞ tərəfi İranla əlaqə zamanı qarşı tərəfin kim olduğunu və ölkəni kimin təmsil etdiyini dəqiq müəyyən edə bilmir. "Biz kiminlə qarşı-qarşıya olduğumuzu bilmirik. Onlar zəng edirlər: Bu, filankəs Məhəmməddir. Mən də deyirəm: Sən lidersən? Biz axtarırıq… biz lider axtarırıq’", – deyə, Tramp qeyd edib. ABŞ prezidenti əlavə edib ki, İranın mövcud vəziyyəti ona görə qeyri-adidir ki, ölkədə heç kim lider olmaq istəmir. "Bu, dünyada yeganə ölkədir — heç kim lider olmaq istəmir", – deyə Tramp vurğulayıb. İRADƏ
Chosen
35
1
baki-xeber.com

2Sources