EN

Robert Köçəryan: Serj Sarkisyanla hakimiyyətin ötürülməsi ilə bağlı heç bir razılaşma yox idi

BAKI, 2 may. TELEQRAF

Rusiyada Vladimir Putin və Dmitri Medvedev arasında tətbiq olunan prinsipə bənzər hakimiyyətin ötürülməsi ilə bağlı Serj Sarkisyanla heç bir razılaşmam yox idi, baxmayaraq ki, belə rıçaqlar mövcud idi.

Teleqraf xəbər verir ki, bu fikirləri Ermənistan blokundan baş nazirliyə namizəd Robert Köçəryan da bildirib.

O, əlavə edib ki, siyasətlə məşğul olmağa davam etmək istəmir:

"Məqsədimiz yeni yaradılacaq hökumətin fəlakətlərin qarşısını almasıdır. Biz qələbə uğrunda mübarizəyə girmişik, amma bu yolda müəyyən qüvvələrlə əməkdaşlıq etməyəcəyimizi demirik”, - deyə Köçəryan yekunlaşdırıb.

Chosen
25
11
teleqraf.com

10Sources