EN

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün yeni qərar

Musavat.com xəbər verir ki, 2026-cı ildən etibarən Türkiyədə təhsil alan xarici tələbələr tələbə iqamət icazəsi üçün artıq "iqamət xərci" (oturum vergisi) ödəməyəcəklər. Yeni qaydalara əsasən, tələbələr yalnız iqamət kartının hazırlanması üçün nəzərdə tutulan məbləği ödəyəcəklər.

Məlumata görə, tələbə iqamət icazəsi başvurularında əsas ödəniş aşağıdakı kimi müəyyənləşdirilib:

* İqamət kartı bedeli – 964 TL
* İqamət xərci – 0 TL

Beləliklə, Türkiyədə oxuyan xarici tələbələr üçün ümumi əsas ödəniş cəmi 964 TL olacaq.

Qeyd olunur ki, bəzi hallarda – xüsusilə Türkiyəyə vizasız daxil olan və ilk dəfə iqamət icazəsi üçün müraciət edən şəxslərdən əlavə olaraq "tək giriş viza xərci” tələb oluna bilər. Bu məbləğ 9 min 376 TL 40 qəpik olaraq göstərilir.

Yeni qaydalara əsasən, tələbə iqamət icazəsi adətən təhsil proqramının müddəti qədər verilir. Məsələn, bakalavr proqramları üçün 4 il, magistratura üçün isə 2 il müddətində iqamət icazəsi rəsmiləşdirilə bilər.

Başvurular "e-ikamet” sistemi üzərindən həyata keçirilir. Daha sonra tələb olunan sənədlər universitetlərin beynəlxalq tələbələr ofislərinə təqdim edilir.

Tələb olunan əsas sənədlər bunlardır:

* Pasportun surəti
* Tələbə arayışı
* Biometrik foto
* Tibbi sığorta sənədi

Ödənişlərin Türkiyənin "Dijital Vergi Dairesi” sistemi vasitəsilə "9207” referans kodu ilə həyata keçirilə biləcəyi bildirilib.
Chosen
32
6
7news.az

7Sources