EN

“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb - FOTO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi başa çatıb.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda baş tutan təlimin başa çatması münasibətilə iştirakçılara brifinq təqdim olunub.

Qeyd olunub ki, təlim müddətində hər iki qardaş ölkənin hərbi pilotları birgə uçuşlar həyata keçirib, verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.

Təlimdə ssenariyə uyğun olaraq, müvafiq uçuşların planlaşdırılması, Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin və digər hədəflərin yerlərinin aşkar olunması, məlumatların Birləşmiş Hava Əməliyyat Mərkəzinə ötürülməsi və onların məhv edilməsi, eləcə də digər fəaliyyətlər müvəffəqiyyətlə icra olunub.

Həmçinin heyətin fərqli şəraitlərdə uçuş bacarıqlarının artırılması, yeni texnika və silah sistemləri ilə tanışlıq məqsədilə mübadilə uçuşlarının yerinə yetirilməsi, aviasiya vasitələrindən tətbiq olunan radioelektron mübarizə şəraitində HHM vasitələrinin fəaliyyətinin qiymətləndirilməsi tapşırıqları da yerinə yetirilib.

Hərbi pilotların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Chosen
17
19
qaziler.az

10Sources