Azərbaycan Premyer Liqasında 21-ci turun təxirə salınmış mərkəzi qarşılaşması gözlənilməz sonluqla bitdi.
Öz meydanında “Qarabağ”ı qəbul edən “Neftçi” son dəqiqələrdə vurduğu qolla 2:1 hesablı qələbə qazandı.
Sözügedən məğlubiyyət hazırda 59 xalla ikinci yerdə qərarlaşan “Qarabağ”ı çempionluq yarışından kənarda saxladı.
Belə ki, bu nəticənin üstündən turnir cədvəlinin lideri olan “Sabah” axıra bir neçə tur qalmış çempionluğunu rəsmiləşdirdi. Bu, “Sabah”ın tarixində qazandığı ilk Azərbaycan çempionluğudur.
“Neftçi” 2021-ci ildə də oxşar ssenari ilə “Qarabağ”ı çempionluqdan etmişdi. Uzun fasilədən sonra “ağ-qaralar” yenidən əzəli rəqiblərini büdrədərək bu dəfə qızıl medalları “Sabah”a “hədiyyə” etdilər.
Beş ildən sonra əldə olunan uğurlu nəticə “ağ-qaralar”ı turnir cədvəlində dördüncü pilləyə qaldırdı. İndi onlar Konfrans Liqasına daha yaxındırlar.
Komandanın iki illik aranın ardından avrokuboklara vəsiqə qazanmaq şansı əldə etməsini nəzərə alan rəhbərlik səxavətini əsirgəməyib.
Futbolçulara yüksək məbləğdə mükafat ödənilib. Hər halda 6000-7000 manat civarında pul kifayət qədər yaxşı jestdir.
SPORTİNFO.AZ