EN

Tramp: Biz piratlarıq

ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi bəyanatda ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarını dəniz blokadasında saxlayarkən "piratlar (dəniz quldurları) kimi" hərəkət etdiyini bildirib.

Ölkə.Az-ın "Reuters"ə istinadən məlumatına görə, Tramp bu açıqlamanı bir neçə gün əvvəl Amerika gəmisinin ələ keçirilməsi barədə danışarkən verib.

"Biz gəmini ələ keçirdik, yükü ələ keçirdik, nefti ələ keçirdik. Bu, çox gəlirli bir biznesdir", — deyə Tramp cümə axşamı etdiyi çıxışında bildirib. — "Biz pirat kimiyik. Bir növ dəniz quldurlarıyıq, amma biz oyun oynamırıq".

Tehrana məxsus bəzi gəmilər İran limanlarını tərk etdikdən sonra ABŞ tərəfindən ələ keçirilib; həmçinin Asiya sularında sanksiya altında olan konteyner gəmiləri və İran tankerləri də saxlanılıb.

Müharibənin başlanğıcından bəri İran öz gəmiləri istisna olmaqla, demək olar ki, bütün gəmilərin Hörmüz boğazından keçidini bloklayıb. Tramp isə öz növbəsində İran limanlarına qarşı ayrıca blokada tətbiq edib.

Chosen
6
1
olke.az

2Sources