Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kadr dəyişikliyi olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə institutun rektoru, tibb elmləri doktoru, professor Nazim Pənahov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, tibb elmlər doktoru, professor Zemfira Quliyeva Terapiya fakultəsinin dekanı vəzifəsindən azad olunub.
Digər əmrlə o, Tibbi kadrların təlimi şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Əməkdar həkim olan Zemfira Quliyeva 2005-ci ildən Terapiya fakultəsinin dekanı vəzifəsində çalışırdı.
Aytac Əliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.