ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının Demokratlar Partiyasının lideri Hakim Cefrisi ölkə üçün təhlükə yaradan quldur adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri bunu özünün “Truth Social” səhifəsində yazıb.
“Hakim Cefris quldurdan başqa bir şey deyil və o, ölkəmiz üçün təhlükə yaradır!”, - Amerika lideri yazıb.
Qeyd edək ki, əvvəllər Cefris ABŞ Ali Məhkəməsinin hakimlərinin əksəriyyətini qurum seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi qaydalarına qərar verdikdən sonra “qanunsuz” adlandırmışdı. Tramp isə onun bu bəyanatını təhlükəli adlandırmışdı.
"Cebheinfo.az"