EN

Rektor professoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kadr dəyişikliyi olub.

KONKRET.az xəbər verir ki, bu barədə institutun rektoru, tibb elmləri doktoru, professor Nazim Pənahov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tibb elmlər doktoru, professor Zemfira Quliyeva Terapiya fakultəsinin dekanı vəzifəsindən azad olunub.

Digər əmrlə o, Tibbi kadrların təlimi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Əməkdar həkim olan Zemfira Quliyeva 2005-ci ildən Terapiya fakultəsinin dekanı vəzifəsində çalışırdı.//yenisabah

Chosen
13
7
konkret.az

9Sources