EN

Marian de Yonq: Qarabağa səfər Niderland nümayəndə heyəti üçün heyranedici oldu

Qarabağa səfər Niderland nümayəndə heyətinin nümayəndələri üçün heyranedici oldu.

Bu barədə "Report"un Laçına ezam olunmuş əməkdaşının sualını cavablandırarkən Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.

"Bu mənim regiona ikinci səfərimdir. Gəldikdən sonra mənim artıq regiona səfər etmək imkanım olmuşdu və bu, heyranedici idi. Bu gün isə biz yenidən tamamilə fərqli obyektlər gördük", - o qeyd edib.

Səfir regionla tanışlığı davam etdirmək üçün Qarabağa yenidən səfər etmək istədiyini vurğulayıb: "Hər hansı konkret bir rayonu fərqləndirmək çətindir, çünki hər şey həqiqətən də heyranedicidir, bəzi rayonlarda ilk dəfəyəm, buna görə də buraya yenidən qayıtmalı olacağam".

Chosen
25
far.az

1Sources